Karyeranızı biznes kreditləri sahəsində növbəti mərhələyə daşımağa hazırsınız?
Premium Bankda komandamıza qoşulmaq üçün Biznes Kreditləri üzrə Mütəxəssis / Aparıcı Mütəxəssis axtarırıq.
Bu vəzifədə siz:
Yeni müştərilərin cəlb olunması;
Biznes kredit müraciətlərinin təhlili;
Kredit portfelinin formalaşdırılması və idarə olunması;
Müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması;
Kreditlərin keyfiyyətinə və ödənişlərinə nəzarət istiqamətində fəaliyyət göstərəcəksiniz.
Əgər maliyyə və ya iqtisadiyyat sahəsində ali təhsiliniz, biznes kreditləri üzrə ən azı 3 illik təcrübəniz və analitik düşüncə tərziniz varsa, sizi komandamızda görməkdən məmnun olarıq.
CV-nizi mövzu hissəsində “Biznes kreditləri üzrə mütəxəssis / aparıcı mütəxəssis” qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz.