BU KARYERA GÖYLƏRƏ DƏYƏR! BAYRAKTAR-DA TƏCRÜBƏ PROQRAMI!
Gələcəyin texnologiyalarında iştirak etmək, peşəkar komandalarla çalışmaq və karyerana güclü başlanğıc etmək istəyirsən? O zaman bu fürsət sənin üçündür!
Bayraktar Teknoloji Azərbaycan 2027-ci il təcrübə proqramı çərçivəsində müxtəlif istiqamətlər üzrə təcrübəçi namizədlər axtarır!
Hansı istiqamətlər üzrə müraciət edə bilərsən?
Süni intellekt proqram təminatı mühəndisliyi
Quraşdırılmış proqram təminatı mühəndisliyi
Elektron sistemlərin inkişafı mühəndisliyi
Avionika texniki
Obyekt yönümlü proqram təminatı mühəndisliyi
Mexaniki dizayn və aerodinamik dizayn mühəndisliyi
İstehsalın planlaşdırılması və struktur istehsalı
Anbar, satınalma və təchizat
İnsan resursları və inzibati işlər
Mexaniki montaj, kabel və elektromexaniki inteqrasiya
Texniki sənədləşmə və keyfiyyətə nəzarət
Əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi
Təcrübə proqramı sənə nə qazandıracaq?
Yüksək texnologiya sahəsində real iş mühiti;
Peşəkar komandalarla birgə çalışma;
Akademik biliklərini praktikada tətbiq etmək;
Potensialını kəşf etmək və yeni bacarıqlar qazanmaq;
Karyerana güclü başlanğıc etmək imkanı.
Müraciət üçün son tarix: 7 dekabr 2026