Su Laboratoriyalarında Keyfiyyətə Nəzarət

Praktik təlim

 

Su laboratoriyalarının nəticələri içməli suyun təhlükəsizliyi, ətraf mühitin qorunması və sənaye proseslərinin idarə olunması üçün əsas götürülür. Bu halda ölçmə aparmaq işin yalnız yarısıdır, digər yarısı nəticələrin dəqiqliyi və düzgünlüyünü sübut etməkdir.

 

Bu təlimdə real su analizləri nümunəsində QC alətlərinin gündəlik laboratoriya işində necə tətbiq olunduğunu praktik yanaşma ilə öyrənəcəyik. Təlim tələbələr üçün peşəkar sahəyə hazırlıq, mütəxəssislər üçün isə bilikləri sistemləşdirmək imkanıdır.

 

Təlimin fokusunda:

QC qrafikləri: Shewhart qrafiklərinin qurulması, Westgard qaydaları ilə nəticələrin şərhi

CRM: sertifikatlı istinad materialları ilə düzgünlüyün yoxlanması

Spike recovery: matris effektlərinin aşkarlanması

Səriştəlilik sınaqları (PT): z-score hesablanması və nəticələrin qiymətləndirilməsi

Ölçmə qeyri-müəyyənliyi: hesablama yanaşması

Uyğunsuz nəticələrin idarə olunması: aşkarlama, Kök-səbəb təhlili və düzəldici fəaliyyətlər

 

Təlimin sonunda siz:

  Shewhart qrafiki qurub Westgard qaydaları ilə nəticələri şərh edə biləcəksiniz

  Spike recovery nəticələrini qiymətləndirə biləcəksiniz

  Səriştəlilik sınaqlarında z-score hesablayıb laboratoriyanın performansını qiymətləndirə biləcəksiniz

  Sadə ölçmə qeyri-müəyyənliyi hesablaya biləcəksiniz

  QC nəticəsi limitdən çıxanda hansı addımları atmalı olduğunuzu biləcəksiniz

 

Təlim kimlər üçün nəzərdə tutulub:

Kimya, kimya mühəndisliyi və ekologiya ixtisası üzrə təhsil alan tələbə və məzunlar

Su, ətraf mühit və sənaye laboratoriyalarının analitikləri

Keyfiyyətə nəzarət mütəxəssisləri 

Karyerasına Laboratoriyada başlamaq istəyən hərkəs

Akkreditasiyaya hazırlaşan laboratoriyaların əməkdaşları

Təlimçi - SOCAR Downstream, Intertek, Caspian Environmental Laboratory kimi yerli və beynəlxalq şirkətlərdə  Neft və su analizi sahəsində təcrübəyə malik Tuncay Eren.

 

  Tarix: 13 dekabr 2026

  Saat: 14:00

  Ünvan: Lotfi Zadeh Technology Center (Coworking Center)

  Format: Offline

  İştirak: Ödənişli 35 Azn

  İştirakçı sayı: 15

  Qeydiyyat üçün: +994 50 833 25 17

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.