Beynəlxalq “Bebras” İnformatika və Alqoritmik Düşüncə Müsabiqəsinə qeydiyyat başlayıb!

 

Müsabiqə Agentliyimizin “Rəqəmsal İstedadlar” layihəsi çərçivəsində “Bebras”ın Azərbaycandakı rəsmi təmsilçisi “ÖzünÖyrən” MMC ilə birgə təşkil olunur.

 

2014-cü ildən Azərbaycanda keçirilən və indiyədək 44 mindən çox şagirdin iştirak etdiyi bu təşəbbüsün daha geniş auditoriyaya çatması və daha çox məktəblinin öz potensialını kəşf etməsi əsas hədəflərimizdəndir.

 

Müsabiqə məktəblilərin informatika və kompüter elmlərinə marağını artırmaqla yanaşı, onların məntiqi və alqoritmik düşünmə, məlumatları təhlil etmə və problemlərə fərqli həll yolları tapma bacarıqlarının formalaşmasına töhfə verir.

 

İnanırıq ki, rəqəmsal gələcəyin güclü təməli bu gün şagirdlərə yaratdığımız imkanlarla formalaşır.

 

 Qeydiyyat üçün son tarix: 19  noyabr 2026

 www.bebras.az

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.