Kepro Shop (Kepro Group) komandamıza məsuliyyətli, aktiv və ünsiyyətcil Satış məsləhətçisi dəvət edir.

 

Namizədə tələblər:

• Orta təhsil və daha yuxarı (orta ixtisas və ali təhsil üstünlükdür)

• Ən azı 6 ay satış sahəsində iş təcrübəsi

• Kompüter və Microsoft Office bilikləri

• Rus dili – yaxşı səviyyədə

• Gülərüz, nəzakətli və yaxşı ünsiyyət bacarıqları

• Aktiv və məsuliyyətli olmaq

 

Vəzifə öhdəlikləri:

• Müştəriləri mağazada qarşılamaq və məhsullar barədə məlumat vermək

• Müştərinin ehtiyaclarına uyğun kosmetik məhsullar tövsiyə etmək

• Məhsulların satışını həyata keçirmək və kampaniyaları tanıtmaq

• Mağaza daxilində məhsulların düzgün düzülüşünə və təmizliyinə nəzarət etmək

• Müştəri məmnuniyyətini təmin etmək və şikayətləri düzgün şəkildə yönləndirmək

 

İş şərtləri:

• İş qrafiki: həftənin 1-ci, 3-cü və 5-ci günləri

• İş saatları: 10:00–20:00

• Əməkhaqqı: 500 AZN (net) + bonuslar

 

İş ünvanı:

Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi 13

 

Müraciət qaydası:

CV-nizi mövzu hissəsində “Satış məsləhətçisi” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.