Azərbaycan İdman Akademiyası
Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamenti Beynəlxalq əməkdaşlıq və layihələrlə iş şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir
Vəzifə öhdəlikləri
Akademiyanın beynəlxalq tərəfdaşları, xarici ali təhsil müəssisələri, beynəlxalq təşkilatlar, şəbəkələr və donor qurumlarla əməkdaşlıq əlaqələrinin qurulması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi;
Beynəlxalq əməkdaşlıq üzrə məlumatların toplanması, analiz edilməsi və məlumat bazalarının yaradılması və idarə olunmasına dəstək göstərilməsi;
Əməkdaşlıq sənədlərinin — protokollar, anlaşma memorandumları (MoU), müqavilə layihələri və digər rəsmi sənədlərin hazırlanması, razılaşdırılması və müvafiq prosedurlara uyğun şəkildə rəsmiləşdirilməsində iştirak;
Akademiyanın beynəlxalq tədbirlərinin (konfranslar, forumlar, yay və qış məktəbləri və s.) təşkili və əlaqələndirilməsi, eləcə də xarici nümayəndə heyətlərinin qəbulunun təşkili;
Beynəlxalq əməkdaşlıq istiqamətində həyata keçirilən fəaliyyətlər üzrə dövri və yekun hesabatların hazırlanmasına dəstək göstərilməsi;
Əcnəbi tələbələrin qəbulu prosesinin təşkili və icrasına operativ dəstək verilməsi;
Mövcud beynəlxalq tərəfdaşlıqların effektivliyinin artırılması və yeni əməkdaşlıq imkanlarının araşdırılması istiqamətində təşəbbüslərin irəli sürülməsi;
Şöbənin gündəlik fəaliyyətinə dair digər cari tapşırıqların yerinə yetirilməsi.
Namizədə dair tələblər
Ali təhsil (magistr dərəcəsi və ya daha yüksək elmi dərəcə üstünlük hesab olunur);
Minimum 1 il iş təcrübəsi;
Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı bacarığı (ingilis dilini yüksək səviyyədə bilən namizədlərə üstünlük verilir);
MS Office proqramlarında peşəkar səviyyədə işləmə bacarığı;
Yüksək peşəkar ünsiyyət, idarəetmə və komanda ilə işləmə bacarıqları;
Təşkilatçılıq qabiliyyəti, çevik və əsaslandırılmış qərarvermə bacarığı;
Sənədlərlə işləmək, kargüzarlıq və rəsmi yazışmaların aparılması üzrə bacarıqlar;
İşdə dəqiqlik, məsuliyyətlilik, operativlik və detallara yüksək diqqət.
İş şərtləri
İş qrafiki: Həftə içi 5 gün, saat 09:00–18:00 (nahar fasiləsi: 13:00–14:00);
İş yeri: Bakı şəhəri, F.X.Xoyski prospekti 98.
Müraciət qaydası
Son müraciət tarixi: 23 yanvar 2026-cı il.
Qeyd olunan tələblərə uyğun olan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər (Mövzu hissəsində vəzifənin adının göstərilməsi mütləqdir).
Yalnız tələblərə cavab verən əməkdaşlar müsahibə mərhələsinə dəvət olunacaqlar.