Azərbaycan İdman Akademiyası

Tədrisin planlaşdırılması və proqnozlaşdırılması departamenti Təcrübə şöbəsinin müdiri vəzifəsinə vakansiya elan edir

Vəzifə öhdəlikləri:

Şöbənin gündəlik fəaliyyətini müəyyənləşdirmək və idarə etmək;

Təcrübə prosesinin təşkili və təkmilləşdirilməsi üçün təcrübə proqramları və əlaqəli sənədləri hazırlamaq;

Müvafiq ixtisaslar üzrə yeni tərəfdaşların müəyyən edilməsi və mövcud tərəfdaşlarla əməkdaşlığın davam etdirilməsi;

Akademik heyət və tələbələr üçün təcrübə prosesinin səmərəliliyinin artırılması məqsədilə təlimlərin təşkili və keçirilməsi;

Təcrübə yerlərində davamlı monitorinqin aparılması;

Təcrübə proqramında iştirak edən tələbələrin qiymətləndirilməsi üçün komissiyalar təşkil etmək və qiymətləndirmə prosesini həyata keçirmək;

⁠Təcrübənin gedişatı ilə bağlı hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.

 

Namizədə dair tələblər:

Ali təhsil dərəcəsi (magistr və daha yüksək elmi dərəcəsi olanlara üstünlük veriləcəkdir);

Kompüter bacarıqları;

İngilis və rus dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;

 Təhsil sahəsini tənzimləyən qanunvericilik və normativ sənədlərlə tanışlıq və onları tətbiq etmək bacarığı;

Ali təhsil sahəsində istifadə olunan elektron sistemlərdə işləmə bacarığı;

Dəqiqlik, məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək qabiliyyəti;

Çevik qərarvermə və dəyişkən iş şəraitinə tez uyğunlaşma bacarığı;

Analitik və sistemli düşüncə tərzi;

Komandada işləmək və effektiv ünsiyyət bacarığı;

Sənədlərlə işləmək və kargüzarlıq bacarıqları.

 

İş şərtləri:

   Həftə içi 5 gün : 09:00 – 18:00-dək (nahar fasiləsi 13:00-14:00).

   Ünvan: Bakı şəhəri, F.X.Xoyski pr.98

 

Müraciət qaydası

Son müraciət tarixi: 23 yanvar 2026-cı il

Qeyd olunan tələblərə uyğun olan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər (Mövzu hissəsində vəzifənin adının göstərilməsi mütləqdir).

Yalnız tələblərə cavab verən əməkdaşlar müsahibə mərhələsinə dəvət olunacaqlar.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.