İş yeri: Zaqatala – Kənd Təsərrüfatı Laboratoriyası
Komandamıza Bioloq axtarırıq!
İş yeri: Zaqatala – Kənd Təsərrüfatı Laboratoriyası
Laboratoriya sahəsində karyeranızı inkişaf etdirmək və peşəkar komandada çalışmaq istəyirsinizsə, Sizi komandamıza qoşulmağa dəvət edirik.
Əsas vəzifələr:
• Laboratoriya analizlərinin və sınaqların dəqiq və keyfiyyətli şəkildə aparılması;
• Analiz nəticələrinin işlənilməsi, sənədləşdirilməsi və vaxtında hesabatların hazırlanması;
• Nümunələrin qəbulu, qeydiyyatı və testə hazırlanması;
• Laboratoriya avadanlıqlarının kalibrlənməsi və texniki vəziyyətinə nəzarət;
• Yeni analiz metodlarının tətbiqi və laboratoriya prosedurlarının yenilənməsi;
• Keyfiyyət, təhlükəsizlik, məxfilik və peşə etikası tələblərinə riayət edilməsi.
Əgər siz biologiya sahəsində ali təhsilə malik, məsuliyyətli və laboratoriya sahəsində peşəkar inkişafı hədəfləyən namizədsinizsə, müraciətinizi gözləyirik.
Maraqlanan namizədlər mövzu hissəsində "Bioloq – Zaqatala" qeyd etməklə CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi 31.08.2026.