TƏLİMÇİ AXTARILIR
İT sahəsində praktiki təcrübənizi paylaşmaq və mütəxəssislərin peşəkar inkişafına töhfə vermək istəyirsinizsə, sizi təlimçi kimi əməkdaşlığa dəvət edirik.
Aşağıdakı istiqamətlər üzrə təlimlər keçə biləcək təcrübəli mütəxəssislər axtarırıq:
Linux System Administration
Enterprise IT Infrastructure Administration – Müəssisə İT infrastrukturunun idarə olunması
Namizədlərə əsas tələblər:
• Müvafiq istiqamət üzrə minimum 2 il praktiki iş təcrübəsi;
• Sahə üzrə güclü nəzəri və praktiki biliklər;
• Tədris materiallarının hazırlanması və təqdim edilməsi bacarığı;
• Bilik və real iş təcrübəsini auditoriyaya effektiv şəkildə ötürmək bacarığı.
Maraqlanan mütəxəssislər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Mövzu hissəsində müraciət etdiyiniz təlim istiqamətinin adını qeyd etməyiniz xahiş olunur.
Uyğun namizədlərlə əməkdaşlıq imkanlarını müzakirə etməkdən məmnun olarıq.