Komandamıza qoşulmaq və bizim ilə birlikdə böyümək istəyirsinizsə CV-nizi mövzu hissəsində “Dispetçer” qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz.
Daha ətraflı
Əsas vəzifələr:
* Nəqliyyat vasitələrinin gündəlik texniki vəziyyətinə nəzarət;
* Nasazlıqların ilkin diaqnostikası və operativ tədbirlərin görülməsi;
* Yanacaq sərfiyyatı, yağ dəyişimi və texniki servis intervallarının izlənməsi;
* Optimal marşrutların müəyyənləşdirilməsi və nəqliyyat bölgüsünün təşkili;
* Yüklərin prioriteti və çatdırılma müddətlərinin planlaşdırılması;
* Sürücülərlə operativ əlaqənin və tapşırıqların koordinasiyasının təmin edilməsi;
* Gecikmə və fövqəladə hallarda operativ qərarların qəbul edilməsi;
* Nəqliyyat sənədlərinin düzgün idarə olunması və gündəlik hesabatların hazırlanması.
Tələblər:
* Orta ixtisas və ya ali təhsil;
* Avtomobil nəqliyyatı, logistika və ya mexanika sahəsində minimum 2 il iş təcrübəsi;
* ERP və MS Office bilikləri;
* GPS izləmə sistemləri ilə işləmə təcrübəsi;
* Yol hərəkəti və yükdaşıma standartları haqqında bilik;
* Analitik düşüncə, operativ qərarvermə və komandada işləmə bacarığı;
* Stressə davamlılıq və məsuliyyətlilik.
İş şərtləri:
* İş qrafiki: 6 iş günü;
* İş yeri: Ziya Bünyadov pr. 3105;
* Rəqabətli əməkhaqqı;
* Peşəkar komanda mühiti;
* Şirkət hesabına korporativ nömrə.