Biznes və maliyyə analitiki vakansiyası
Veysəloğlu Şirkətlər Qrupu Biznes və maliyyə analitiki vakansiyasını elan edir.
Sizə sürətlə böyüyən Şirkətlər Qrupunun dinamik iş mühitində perspektivli iş təklif edirik.
Vəzifə öhdəlikləri:
- Layihə və illik büdcələrin hazırlanmasında iştirak və proqnozların toplanması
- Smetaların tərtibində iştirak, oxşar layihələrlə müqayisə və əsaslandırılmış sualların verilməsi
- Tikinti başladıqdan sonra büdcə–smeta–fakt müqayisələrinin dövri aparılması
- Maliyyə uçotunun düzgünlüyünə nəzarət və uçot prosesində aktiv iştirak (IFRS, müxabirləşmə, hesablar planı)
- Power BI və ERP sistemlərində analitik hesabatların hazırlanması
Tələblər:
- Maliyyə, iqtisadiyyat və ya mühasibatlıq üzrə ali təhsil
- Excel, PowerPoint və Power BI üzrə bacarıqlar
- ACCA F3–F7 modulları üzrə biliklər arzuolunandır
- 2–4 il büdcə, maliyyə təhlili və ya mühasibatlıq sahəsində iş təcrübəsi
- Analitik düşüncə, məntiqi sualvermə bacarığı və detallara diqqət
İş şərtləri:
- İş məkanı: Azure Plaza
- Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
- İş rejimi: 5 gün (həftəiçi)
- Nahar: Təmin edilir
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Biznes və maliyyə analitiki” yazmaqla, öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.