We are hiring: Junior .NET Developer
Crocusoft komandası böyüyür. Biz inkişaf etməyə həvəsli, texnologiyalara maraqlı Junior .NET Developer axtarırıq. Əgər real layihələrdə iştirak etmək və peşəkar komandada çalışmaq istəyirsənsə, səni komandamıza dəvət edirik.
Vəzifə öhdəlikləri:
.NET / .NET Core texnologiyaları ilə tətbiqlərin hazırlanmasında iştirak
Təmiz, oxunaqlı və davamlı kod yazılması
Mövcud funksionallıqların inkişaf etdirilməsi və xətaların aradan qaldırılması
Code review proseslərində və texniki müzakirələrdə iştirak
Verilənlər bazası və REST API-lərlə işləmək
Senior developer və product komandası ilə sıx əməkdaşlıq
Tələb olunan texniki biliklər:
C# və .NET üzrə baza səviyyəsində biliklər
OOP (Object-Oriented Programming) prinsipləri
ASP.NET / ASP.NET Core ilə tanışlıq
SQL verilənlər bazaları ilə işləmə bacarığı (SQL Server üstünlükdür)
REST API anlayışı
Git versiya nəzarət sistemi ilə işləmə bacarığı
Digər bacarıqlar:
Analitik və məntiqi düşünmə qabiliyyəti
Problem həll etmə bacarığı
Komanda daxili effektiv kommunikasiya
İngilis dili (texniki oxu və yazı üçün kifayət edir)
Bu vakansiya sənə nə qazandıracaq:
Real və iri miqyaslı layihələrdə işləmə imkanı
Peşəkar developer komandasında davamlı inkişaf
Texniki biliklərin real iş mühitində dərinləşdirilməsi
Karyera inkişafı üçün uzunmüddətli iş imkanı
Vakansiyaya müraciət etmək üçün CV-ni “Junior .NET Developer” başlığı ilə [email protected] ünvanına göndərə bilərsiniz.