Vəzifə öhdəlikləri:
Bakalavriat və magistratura səviyyəsində keyfiyyətli tədrisin aparılması
Tədris edilən fənn üzrə sillabusun hazırlanması və təsdiq edilmiş tədris planına uyğun icrası
Tələbə bilik və bacarıqlarının vaxtında, obyektiv və şəffaf qiymətləndirilməsi
Tədris işinin təşkili metodikası və onun təkmilləşdirilməsi ilə bağlı keçirilən təlimlərdə iştirak və müvafiq tələblərə riayət edilməsi
ADNSU-nun daxili intizam, akademik və sənədləşmə qaydalarına riayət edilməsi
Həmkarlar və tələbələrlə münasibətlərdə etik davranış qaydalarına əməl olunması
Müsabiqədə iştirak üçün tələblər
Bakalavriat səviyyəsi üzrə
Ən azı magistr dərəcəsinə malik olması
Xarici ali təhsil müəssisəsindən alınmış diplomun Azərbaycan Respublikasının müvafiq orqanı tərəfindən nostrifikasiyasının (tanınmasının) olması
Tədris edəcəyi fənn və müvafiq ixtisas üzrə kifayət qədər bilik və müasir elmi ədəbiyyatla tanışlıq
İngilis dili üzrə minimum B2 səviyyəsində bilik
Tədrisdə İKT alətlərindən istifadə bacarığı
İnnovativ tədris metodları və müasir pedaqoji yanaşmalardan istifadə bacarığı
Mövzunu səlis təqdimetmə və fikrini aydın ifadə etmə bacarığı
Dinamik, təşəbbüskar və məsuliyyətli olması
Magistratura səviyyəsi üzrə
Fəlsəfə doktoru (PhD) dərəcəsi və ya sənayedən cəlb edildiyi halda ən azı magistr dərəcəsi
Xarici ali təhsil müəssisəsindən alınmış diplomun Azərbaycan Respublikasının müvafiq orqanı tərəfindən nostrifikasiyasının (tanınmasının) olması
Tədris edəcəyi fənn və müvafiq ixtisas üzrə dərin bilik və müasir elmi ədəbiyyatla tanışlıq
İngilis dili üzrə minimum B2 səviyyəsində bilik
Tədrisdə İKT alətlərindən istifadə bacarığı
İnnovativ tədris metodlarını və müasir pedaqoji yanaşmaları tətbiq etmək bacarığı
Mövzunu səlis təqdimetmə və fikrini aydın ifadə etmə bacarığı
İxtisas sahəsinə uyğun elmi-pedaqoji fəaliyyət və ya müvafiq sahə üzrə sənaye, istehsalat və ya konsaltinq təcrübəsi (minimum 5 il)
Son 5 il ərzində SCOPUS indeksli jurnallarda ən azı 2 elmi məqaləsinin olması
Elmi-tədqiqat layihələrində, qrant proqramlarında və sənaye yönümlü tədqiqatlarda iştirak təcrübəsi
Dinamik və təşəbbüskar olması
Əlavə şərtlər və qeydlər
İngilis dili fənni üzrə tədris aparan namizədlər üçün IELTS, TKT, TESOL, CELTA, DELTA və s. beynəlxalq kvalifikasiya sertifikatlarının olması üstünlük hesab olunur
ADNSU-da tədrisin aparılması namizədin əsas iş yeri ilə razılaşdırılmalıdır və bu öhdəlik müraciət edən şəxsin üzərinə düşür
Hər bir namizəd ən çoxu 2 fənn üzrə müraciət edə bilər
Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən kənar müraciət edən müəllimlər üçün hər bir akademik saata uyğun əməkhaqqı 50 AZN məbləğində nəzərdə tutulur.
- Vakant fənlərin siyahısını “Fənlər” bölməsinə klikləməklə fayl şəklində yükləmək mümkündür.
Yalnız müsahibə mərhələsinə keçmiş namizədlərlə qeydiyyat bitdikdən sonra anketdə göstərilən elektron poçt ünvanı vasitəsilə əlaqə saxlanılacaq
Müsahibə mərhələsi aşağıdakı meyarlar üzrə aparılacaq:
Sahə üzrə bilik və bacarıqlar
SABAH-AZİU qruplarında tədris etmə motivasiyası və kommunikasiya bacarıqları
Təqdimat və tədqiqat bacarıqları
Seçim yalnız 2025/2026-cı tədris ilinin yaz semestrində müvafiq fənnin tədrisi üçün nəzərdə tutulur.
Əgər bu vakansiya ilə maraqlanırsınızsa, aşağıdakı linkə keçid edin:
QEYD
Seçim zamanı elmi dərəcə, müvafiq sahə üzrə iş və ya ali təhsil müəssisəsində tədris təcrübəsi, eləcə də xaricdə təhsil almış namizədlərə üstünlük veriləcəkdir.