Vəzifə: Direktor (Poliqrafiya)

 

Vəzifə öhdəlikləri:

1.       Çap proseslərinin planlanması, icrasına nəzarət, çap işlərinin sifarişdən təhvilə qədər tam dövr üzrə idarə olunması;

2.       Reklam və promo məhsulların istehsalı, sifariş prosesinin idarə edilməsi, layihələrinin vaxtında və keyfiyyətli icrasına nəzarət;

3.       Reklam və brendləşmə layihələrinin texniki tapşırıqlarının hazırlanması, vizual və texniki həllərin təqdim edilməsi, dizayn – istehsal uyğunluğunun yoxlanılması və idarə olunması;

4.       Müştərinin brend tələbinə uyğun material və məhsul seçiminin təşkil edilməsi;

5.       Təchizatçılarla danışıqların aparılması, qiymət razılaşmaları və təchizat prosesinin koordinasiyası;

6.       Xammal ehtiyatlarının planlanması və təmin edilməsinə nəzarət;

7.       Satış strategiyasının hazırlanması və satış hədəflərinin icrasına nəzarət;

8.       Satış və marketinq kampaniyalarının hazırlanması və həyata keçirilməsinə nəzarət;

9.       Müştəri bazasının genişləndirilməsi, korporativ müştərilərlə danışıqların aparılması;

10.     İş axınlarının (istehsal – sifariş – təhvil – ödəniş) optimallaşdırılması;

11.     Xərclərin və resursların səmərəli idarə edilməsi;

12.     Komanda üzvlərinin (satış, dizayn, istehsal) işinin koordinasiyası, idarə olunması, onların motivasiyası və inkişaf planlarının hazırlanması;

13.     Performansa əsaslanan KPI-lərin müəyyənləşdirilməsi və izlənilməsi;

14.     Aylıq satış və əməliyyat hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;

15.     Rəqiblərin fəaliyyəti və bazar tendensiyalarının davamlı izlənməsi və təhlil edilməsi.

 

Kvalifikasiya tələbləri:

          Təhsil: Ali təhsil (Müvafiq sahə üzrə təhsil)

          İş təcrübəsi:

Mətbəə, promo və ya reklam sahəsində ümumi 5 il iş təcrübəsi;

Mətbəə, promo, reklam sahəsində rəhbər və ya aparıcı vəzifələrdə minimum 3 il iş təcrübəsi. 

Tələb olunan bilik və bacarıqlar:

          İstehsal proseslərinin idarə edilməsi bacarığı;

          Satış proseslərinin idarə edilməsi bacarığı;

          Strateji düşünmə və analitika bacarığı;

          Komanda idarəçiliyi və liderlik bacarığı;

          Layihələrin idarə edilməsi bacarığı;

          Planlama bacarığı;

          Analiz və qərarvermə bacarığı;

          Problem həll etmə bacarığı;

          Hesabatlılıq bacarığı;

          MS Excel bilikləri;

          Azərbaycan dilində səlis yazılı və şifahi nitq (ingilis və rus dillərinin bilməsi üstünlükdür).

 

Təklif edirik:

        Əmək haqqı:  2000-2500 AZN (Sabit Maaş + Mənfəətdən Faiz)

        Gənc və peşəkar komanda ilə dinamik iş mühiti.

 

 Müraciət qaydası:

Tələblərə cavab verən namizədlər KSEROKS AZ “Direktor  (Poliqrafiya)başlığı ilə öz CV və portfellərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

 

“KSEROKS AZ” (mətbəə, promo, reklam)

 “KSEROKS AZ” MMC əmək bazarında mətbəə, promo məhsulların istehsalı və reklam xidmətləri sahəsində 2015-ci ildən fəaliyyət göstərir.  Şirkətimiz Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən bir çox dövlət və özəl müəssisələrə çap məhsullarının hazırlanması, brendli promo materialların istehsalı, eləcə də reklam və vizual həllərin icrası üzrə kompleks xidmətlər təqdim edir. 

KSEROKS AZ peşəkar kadr heyəti və müasir avadanlıqlarla təmin edilmişdir. Müştəri xidmətlərinin keyfiyyətinin daim yüksək olması üçün, müştərilərə təqdim edilən keyfiyyətli və geniş çeşidli hər bir məhsul müasir texnologiyalara cavab verən avadanlıqlarda, keyfiyyətli xammal ilə hazırlanır. 

Şirkət müştəri məmnuniyyətini və xidmət əlçatanlığını artırmaq məqsədilə Bakı şəhərində fəaliyyət göstərən 3 filialı ilə xidmət şəbəkəsini davamlı şəkildə genişləndirir.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.