Vakansiya: Büdcə və hesabatlılıq üzrə baş mütəxəssis

Şirkət: Zəfər Bağları MMC

 

Vəzifə öhdəlikləri:

* Şirkətin illik büdcəsinin hazırlanmasında iştirak etmək; 

* Aylıq, rüblük və illik büdcə icrasını təhlil etmək və müvafiq hesabatlar hazırlamaq; 

* Faktiki göstəriciləri büdcə və proqnoz göstəriciləri ilə müqayisə etmək, kənarlaşmaları təhlil etmək; 

* Maliyyə və idarəetmə hesabatlarının hazırlanmasınında iştirak; 

* Rəhbərlik üçün analitik hesabat və təqdimatlar hazırlamaq; 

* Büdcə planlaması üzrə struktur bölmələri ilə koordinasiyalı işləmək; 

* Mühasibat əməliyyatlarının tranzaksiyaların düzgünlüyünü yoxlamaq və ay bağlanışı prosesində iştirak; 

 

Namizədə dair tələblər: 

·      ACCA sertifikatlarının (minimum F3, F7) olması; 

* ERP (1C bilikləri arzuolunandır) və MS Office proqramları üzrə yüksək bilik və bacarıqlar; 

* Analitik düşünmə, rəqəmlərlə işləmə və hesabat hazırlama bacarığı; 

* Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət.

 

Xüsusi tələblər: 

* Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat üzrə ali təhsil; 

* İş təcrübəsi: Maliyyə sahəsi üzrə minimum 3-5 il 

* Rus və ingilis dili biliyi üstünlükdür.

 

İş şərtləri: 

* İş saatı: 09:00-18:00 (Bazar ertəsi-Cümə) 

* Nahar şirkət tərəfindən təmin edilir

*  Ağdam rayonunda yaşayış yeri şirkət tərəfindən təmin edilir

* İş yeri: Ağdam rayonu 

* Əmək haqqı ştat cədvəlinə uyğun olaraq 

 

Müraciət üçün son tarix: 31.10.2026

 CV-lərinizi [email protected]  ünvanına “Büdcə və hesabatlılıq üzrə baş mütəxəssis” başlığı ilə göndərə bilərsiniz.

 

Qeyd: Yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.