Report Media Məktəbi yeni təlim proqramı elan edir!
Media sahəsində karyera qurmaq istəyənlər müraciət edə bilərlər. Təlim kursu 2.5 ay davam edəcək.
Təlimin məzmununa nələr daxildir?
Xəbər yazma və redaktə etmə;
İnteraktiv media məzmunlarının yaradılması;
Məlumat toplama və araşdırma metodları;
Müsahibə götürmək və idarə etmək;
Jurnalist etikası və hüquqları;
Sosial mediada uğurlu strategiyalar
II və IV kurs (daha çox universiteti yeni bitirmiş) tələbələrinə və mediaya marağı olan şəxslərə, həmçinin, kompüter və xairici dil biliyi olanlara üstünlük verilir.
Qeyd edək ki, Report Media Məktəbi Global Media Group-un Media Akademiya layihəsinin bir hissəsidir və məktəbi uğurla bitirən məzunlar artıq ölkənin bir sıra aparıcı KİV-lərində çalışırlar.
Son qeydiyyat tarixi: 25.10.2026
Müraciət üçün mövzu yerində “Report Media Məktəbi” yazaraq CV-lərinizi [email protected] e-poçt ünvanına göndərə bilərsiniz.