Komandamıza Senior Graphic Designer axtarırıq!
Tələblər:
• Reklam agentliyində qrafik dizayner kimi 4–5 illik iş təcrübəsi;
• Photoshop, Illustrator, Figma və digər dizayn proqramları ilə yüksək səviyyədə işləmək bacarığı;
• Süni intellekt (AI) alətləri ilə sərbəst işləmək, onlardan vizual ideyaların, konseptlərin və dizayn materiallarının hazırlanmasında effektiv istifadə etmək bacarığı;
• Müasir vizual trendləri və qlobal dizayn yanaşmalarını yaxından izləmək;
• Konseptual düşüncə və vizual kommunikasiyanın əsas prinsipləri üzrə dərin bilik;
• Standart yanaşmalardan kənar düşünmək bacarığı və bu yanaşmanı əks etdirən konseptual işlərdən ibarət portfolio;
• Böyük və qlobal brendlərlə işləmək, onların vizual dilini qorumaq və brend qaydalarına (brandbook/guideline) uyğun dizayn həlləri hazırlamaq bacarığı.
Vəzifə öhdəlikləri:
• Yerli və qlobal brendlər üçün kreativ vizual konseptlər hazırlamaq;
• Müxtəlif kommunikasiya məcraları üçün (ATL, digital, sosial media, outdoor, BTL) vizual həllər yaratmaq;
• Sosial media və rəqəmsal kampaniyaların vizual istiqamətini müəyyənləşdirmək, dizaynları hazırlamaq və digər dizaynerlərə yaradıcı istiqamət vermək;
• Rəqəmsal və inteqrasiya olunmuş kampaniyalar üçün kreativ vizual ideyalar təklif etmək;
• Konseptləri təqdimat formasına salmaq və ideyaları müştərilərə aydın, təsirli şəkildə çatdırmaq.
Əməkhaqqı namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müəyyən ediləcək.
CV və portfolionuzu mövzu hissəsində “Senior Graphic Designer” qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz.