A+CO OJSC “Büdcə və hesabatlılıq üzrə mütəxəssis” vəzifəsi üzrə işçi axtarışı elan edir.
Vəzifə öhdəlikləri:
-Müəssisənin illik və dövri büdcələrinin hazırlanmasında iştirak etmək;
-Büdcə üzrə kənarlaşmaları təhlil etmək
-Aylıq, rüblük və illik maliyyə və idarəetmə hesabatlarını hazırlamaq;
-Struktur bölmələrdən büdcə və hesabatlılıq üçün zəruri məlumatları toplamaq və təhlil etmək;
-Plan və faktiki göstəricilərin müqayisəli təhlilini aparmaq, kənarlaşmaları müəyyən etmək və səbəblərini araşdırmaq;
-Gəlir və xərc göstəriciləri üzrə analitik hesabatlar hazırlamaq;
-Hesabat məlumatlarının düzgünlüyünü, tamlığını və vaxtında təqdim olunmasını yoxlamaq;
-Rəhbərlik tərəfindən tələb olunan operativ və xüsusi təyinatlı hesabatları hazırlamaq;
-Hesabatlılıq proseslərinin təkmilləşdirilməsi, hesabat formalarının standartlaşdırılması və avtomatlaşdırılması istiqamətində iştirak etmək;
-Hesabatların müəyyən edilmiş forma və müddətlərə uyğun hazırlanmasına nəzarət etmək.
Namizədə dair tələblər:
-Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və ya əlaqəli sahələr üzrə ali təhsil;
-Müvafiq sahədə minimum 1-2 il iş təcrübəsi (üstünlükdür);
-Büdcə planlaşdırılması və maliyyə hesabatlılığı üzrə biliklər;
-Maliyyə və iqtisadi göstəricilərin təhlili bacarığı;
-Microsoft Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
-Maliyyə və mühasibat uçotu prinsipləri haqqında biliklər;
-Analitik düşünmə, detallara diqqət və rəqəmlərlə işləmək bacarığı;
-Komandada işləmək və vaxtın düzgün idarə edilməsi bacarığı;
-Məsuliyyətlilik, dəqiqlik və operativlik.
Üstünlük hesab olunur:
-Logo, ERP və digər maliyyə idarəetmə proqramları ilə işləmək təcrübəsi;
-Power BI üzrə biliklər;
-Büdcə planlaşdırılması və proqnozlaşdırılması təcrübəsi;
-MHBS (IFRS) və maliyyə hesabatlılığı üzrə biliklər.
Şəxsi keyfiyyətlər:
-Analitik və məntiqi düşünmə;
-Dəqiqlik və diqqətlilik;
-Təşəbbüskarlıq;
-Məxfi məlumatlarla işləmək bacarığı.
İş şəraiti:
-İş yeri: Xırdalan ş., Həsən Əliyev küç. 121 (Xırdalan Şərab Zavodu);
-İş qrafiki, iş vaxtı: 08:00-dan 17:00-dək, 5 günlük;
-Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur;
-Əmək haqqı: Bilik və bacarıqlara uyğun təyin olunacaq.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Büdcə və hesabatlılıq üzrə mütəxəssis” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.