İşin təsviri

• Müştərilərlə mədaxil-məxaric əməliyyatlarının aparılması;

• Valyuta mübadilə əməliyyatlarının aparılması;

• Əməliyyatları icra edərkən real vaxt rejimində Bank proqramında əks etdirilməsi;

• Hazır plastik kartlarin qorunub saxlanması və müştərilərə təqdim edilməsi;

• Pulların sayılması formalaşdırılması və çeşidlənməsi;

• Qiymətli kağızların və digər qiymətlilərin,ştampların, plombların, bank sənədlərinin təhlükəsiz saxlanılması;

• Lazım gəldikdə xəzinə açarının və parolunun saxlanılması;

• Günün əvvəli və sonu xəzinə qalıqlarının uçot uzrə uyğunluğunun yoxlanılması;

• Günün sonu xəzinə kitabının yazılması və digər arayışların hazırlanması;

• Xəzinə limitlərinə nəzarət olunması və inkassasiya işinin təşkili;

• Bank sənədlərinin tamlığının qorunması , vaxtı çatdıqda arxivə təhvil verilməsi.

Namizədə dair tələblər

• Yüksək ünsiyyət bacarığı;

• Komandada işləmək bacarığı və təzyiqə davamlılıq;

• Nağd pul əməliyyatları və xəzinə uçotu üzrə biliklər;

• Ali təhsil və Bank sahəsində təcrübə;

• Azərbaycan dilində səlis danışmaq. Rus və ingilis dillərini bilmək üstünlük sayılır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Xəzinədar” qeyd etməklə [email protected]  e-poçt ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.