Büdcə və xərclər üzrə mütəxəssis axtarırıq.
Namizədə tələblər:
Ali təhsil (maliyyə, mühasibat uçotu, iqtisadiyyat, biznesin idarə edilməsi)
Dil bilikləri: İngilis dili, Rus dili
Xərclərə nəzarət, büdcələşdirmə və ya maliyyə təhlili sahəsində ən azı 3 il təcrübə
1C ERP sistemində (büdcə modulu) təcrübə
Mükəmməl Excel biliyi (Power BI bilikləri üstünlükdür)
MHBS/IFRS və Azərbaycan Respublikasının mühasibat uçotu standartları üzrə biliklərə malik olmaq
Analitik təhlil aparmaq və maliyyə hesabatlarını hazırlamaq bacarığı
CMA, ACCA və CIMA kimi beynəlxalq peşəkar sertifikatlara malik olmaq üstünlükdür
İmtiyazlar:
Könüllü tibbi sığorta
Nahar şirkət tərəfindən təmin edilir
Fərdi inkişaf planı çərçivəsində təlim imkanları
Müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində qeyd etməklə [email protected] ünvanına CV göndərməyiniz xahiş olunur.