Vakansiya: IT üzrə təlimçi

 

Komandamıza IT üzrə təlimçi axtarırıq.

 

 Vəzifə öhdəlikləri:

* IT sahəsi üzrə tədrisin həyata keçirilməsi: Help Desk, Şəbəkə inzibatçılığı, Sistem inzibatçılığı;

* Tələbələrə fərdi yanaşma və onların əmək bazarının tələblərinə uyğun olaraq hazırlanması;

* Tələbələrin suallarını vaxtı-vaxtında cavablandırmaq;

* Mütəmadi olaraq testlər və imtahanlar keçirmək;

* Texniki intervyu hazırlıqları keçirmək;

 Tələblər:

* Yaş: 23+;

* IT sahəsində iş təcrübəsi: 3 il+;

* Təlimçi olaraq təcrübəsi: 6 ay+;

* Help Desk, Sistem İnzibatçılığı və Şəbəkə İnzibatçılığı üzrə dərin biliklər və təcrübə;

* Qeyd olunan sahələr üzrə beynəlxalq sertifikatların olması üstünlükdür;

* Tədris və təqdimat bacarıqları yüksək səviyyədə olmalıdır;

* Daim öz üzərində işləyən və inkişaf edən;

 Ümumi məlumat:

* İş yeri: Bakı şəhəri, Olimpiya küç. 6A (Gənclik Mall yaxınlığında);

* İş rejimi: 19:00 – 21:00 (dərslər axşam saatlarında keçirilir)

* Əmək haqqı: Razılaşma yolu ilə;

 

 Müraciət üçün:

Əgər öz namizədliyinizi bu vakansiya üçün uyğun hesab edirsinizsə, zəhmət olmasa CV-nizi və əlavə məlumatları [email protected]  ünvanına göndərin.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.