DHL-də “Çağrı mərkəzi Operator” vəzifəsi üzrə vakansiya elan olunur. Bu vəzifə üzrə ən vacib tələb — rus dilində sərbəst ünsiyyət bacarığıdır.

 

• Müştərilərdən daxil olan zənglərin peşəkar şəkildə cavablandırılması;

• Göndərişlərin statusu, çatdırılma müddətləri və xidmətlər barədə dolğun məlumat verilməsi;

• Müştəri sorğu və şikayətlərinin qəbul edilməsi, sistemdə qeydiyyatı və aidiyyəti üzrə yönləndirilməsi;

• Müştəri bazası ilə işləmək və məlumatların dəqiq şəkildə sistemə daxil edilməsi;

• Xidmət keyfiyyətinin artırılmasına yönəlmiş daxili prosedurlara riayət edilməsi;

• Müştəri məmnuniyyətinin təmin olunması və şirkətin imicinin qorunması.

Namizədə tələblər:

• Yaş həddi: 23–35 yaş;

• Azərbaycan dili – səlis (şifahi və yazılı);

• Rus dili – sərbəst;

• İngilis dili – sərbəst;

• Yüksək ünsiyyət və təqdimat bacarığı;

• Düzgün diksiya və aydın nitq;

• Kompüter bilikləri (MS Office proqramları, CRM sistemləri ilə işləmək üstünlükdür);

• Stressə davamlılıq və operativ qərarvermə bacarığı.

İş haqqında məlumat:

• Həftənin 5 günü, iş vaxtı 09:00-dan 18:00-dək; şənbə günü, saat 09:00-dan 15:00-dək Nahar 13:00-dan 14:00-dək

• İş yeri: Bakı şəh., Nərimanov ray., Əhməd Rəcəbli 1/7

• Əmək haqqı: 800 AZN

 

Müraciət qaydası: CV-nizi [email protected] elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını - “Çağrı mərkəzi operatoru’’ yazmaqla göndərə bilərsiniz

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.