Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA  İnfrastruktur departamenti, Mütəxəssis vəzifəsinə məsuliyyətli və peşəkar qadın namizəd axtarır.

 

Əsas vəzifə öhdəlikləri:

• Departament üzrə daxil olan və xaric olan rəsmi sənədlərin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsi;

• Texniki sənədlərin (layihə materialları, planlar, spesifikasiyalar və s.) idarə olunması;

  Müqavilə, akt, texniki tapşırıq və hesabatların hazırlanmasında iştirak; 

  Müxtəlif layihələr üzrə sənəd dövriyyəsinin düzgün təşkili və izlənilməsi;

  Dövlət qurumları və podratçı təşkilatlarla rəsmi yazışmaların aparılması; 

  Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi; 

 

Əsas tələblər:

Təhsil:

• Texniki sahə üzrə ali təhsil (tikinti, mühəndislik və ya əlaqəli sahələr üstünlükdür)

 

Texniki biliklər:

• MS Office proqramları (Word, Excel, Outlook) – yüksək səviyyədə bilik;

• AutoCAD proqramında işləmə bacarığı;

 

İş təcrübəsi:

 • Sənəd dövriyyəsi və ofis işləri üzrə minimum 1-3 il iş təcrübəsi; 

 

Dil bilikləri: 

• Azərbaycan dili – sərbəst;

• İngilis dili – yaxşı səviyyə;

 

 Əlavə bilik və bacarıqlar:

• Analitik düşüncə, diqqətlilik və məsuliyyətlilik;

• Komanda ilə işləmə və kommunikasiya bacarıqları; 

 

 Tələblərə cavab verən namizədlərdən öz CV-lərini “Mütəxəssis” başlığı ilə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.