Xaricdə Təhsil üzrə Mütəxəssis vakansiyası
Şirkət: Bilgin Academy Xaricdə Təhsil Mərkəzi
Yaş həddi: 23-30 yaş
Bilgin Academy komandası böyüyür! Xaricdə təhsil sahəsində karyerasını inkişaf etdirmək istəyən, motivasiyalı və öyrənməyə həvəsli gəncləri komandamıza dəvət edirik.
Namizədlər üçün tələblər:
• Ali təhsil (bakalavr və ya magistr bitirmiş olan şəxslər)
• MS Office proqramlarında (xüsusilə Word və Excel) sərbəst işləmə bacarığı
• Yüksək ünsiyyət, satış və təqdimat qabiliyyəti
• Məsuliyyətli, məqsədyönlü və komandada işləmə bacarığı
• Analitik düşünmə və araşdırma qabiliyyəti
• İş təcrübəsi: xaricdə təhsil üzrə minimum 1 il
• Azərbaycan dilində səlis nitq
• Qeyd: Yalnız xanım namizədlərə üstünlük verilir
İş barədə məlumat:
• Tələbələrin müraciət və qəbul proseslərinin idarə olunması
• Sosial media platformalarında aktiv fəaliyyət (video çıxışlar da daxil)
• Yeni tələbə müraciətlərinin cəlb olunması,mesajların və zənglərin cavablandırılması
• Sənədləşmə işləri
İş qrafiki:
• Bazar ertəsi – Cümə: 11:00 – 19:00
• Şənbə: 10:00 – 16:00
Maaş: Müsahibə əsasında rəsmi maaş potensiala uyğun qiymətləndiriləcək + bonus sistemi
Komandamızla bərabər çalışmaq istəyənlər şəkilli CV-nizi “Xaricdə Təhsil üzrə Mütəxəssis” başlığı ilə [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.