TƏBİB Müraciətlərlə iş departamentinin Çağrı xidməti şöbəsinə Çağrı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir
Görəcəyiniz işlər:
Çağrı xidməti şöbəsinə daxil olan müraciətlərin cavablandırılması
Əlavə araşdırma tələb olunarsa, müraciətlərin aidiyyəti şöbələrə yönləndirilməsi
Vətəndaş müraciətlərinin qanunvericiliyə uyğun həlli
Digər şöbə və strukturlarla koordinasiyanın təmin edilməsi
Zəruri məlumatların struktur bölmələr və tabeli qurumlardan əldə edilməsi
Məlumatların məxfilik və təhlükəsizlik qaydalarına uyğun idarə olunması
TƏBİB-in tabeliyindəki müəssisələrə metodiki dəstək göstərilməsi
Dövri hesabatların hazırlanması
Bizim üçün uyğun namizəd:
Ali tibbi təhsil
Sahə üzrə minimum 1 il iş təcrübəsi
Kompüter bilikləri: Microsoft Office – yaxşı
Komandada işləmə bacarığı
Məsuliyyətlilik
İntizamlılıq
Dəqiqlik
Nəticəyönümlülük
Fikrini səlis ifadə etmək
Stressə davamlılıq
Əlavə məlumatlar:
İş qrafiki: Növbəli iş
Müraciət qaydası
CV [email protected] ünvanına göndərilməlidir
Mövzu sətrində “Çağrı xidməti şöbəsi - mütəxəssis” qeyd olunmalıdır
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.
Qeyd: TƏBİB təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
Son müraciət
28.09.2025