TƏBİB Təlim və tədqiqatlar departamentinin Tibb müəssisələrində təlimlərin idarəolunması şöbəsinə baş məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir

 

Görəcəyiniz işlər:

Təlim və inkişaf ehtiyaclarının araşdırmaq və işçilər üçün fərdi inkişaf planı hazırlamaq Əməkdaşlıq üçün müraciət etmiş kənar təlim təşkilatları ilə zərurət yarandığı halda xidməti danışıqlar aparmaq

Təlim layihələri və proqramları tərtib edilərkən bütün təşkilati işlərin qaydasında olmasına nəzarət etmək

Təlimçi bazasının formalaşdırılmasında iştirak etmək

Plandan kənar təlimə göndərilmə ilə bağlı müraciətləri araşdırmaq və təşkil etmək

Təlim mərkəzlərinin rəhbərləri və tibb müəssisələrində təlim koordinatorları üçün mütamadi hazırlıq seminarlarını təşkil etmək

Təlim proqramlarının və təlimçilərin effektivliyinin qiymətləndirilməsi, təkmilləşdirilməsi üçün sorğular təşkil etmək

Şöbənin fəaliyyəti ilə bağlı olan normativ-hüquqi sənədlərin (prosedur, qayda, metodiki göstəriş və s.) layihəsini tərtib etmək

Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı ölkədaxili və ölkəxarici araşdırmalar apararaq təkliflər vermək

Şöbənin fəaliyyəti ilə bağlı hesabatlar hazırlamaq

İstedadların inkişaf etdirilməsi və idarə olunması üçün ehtiyacları müəyyən etmək

Bizim üçün uyğun namizəd:

Ali tibbi təhsil

Sahə üzrə minimum 4 il iş təcrübəsi

Kompüter bilikləri: Microsoft Office – sərbəst

Dil bilikləri: İngilis dili – sərbəst

İdarəetmə

Komandada işləmə bacarığı

Vaxtın idarə olunması

Mentorluq

Problem həll etmə

Qərar vermə

Planlama və təşkiletmə

Aktiv dinləmə bacarığı

Əlavə məlumatlar:

İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi

İş vaxtı: 09:00 – 18:00.

Müraciət qaydası

CV [email protected] ünvanına göndərilməlidir

Mövzu sətrində “Tibb müəssisələrində təlimlərin idarəolunması şöbəsi - baş məsləhətçi” qeyd olunmalıdır

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

Diqqət: IT təhlükəsizliyi səbəbilə *yandex.ru, *mail.ru, *list.ru, *inbox.ru, *bk.ru, *yahoo.com. domenlərindən e-məktub qəbul edilmədiyini nəzərə alaraq, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.

Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

 

Son müraciət

03.10.2025

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.