Çin dili müəllimi vakansiyası 

Beynəlxalq Təhsil Mərkəzi keyfiyyətli təhsili yalnız proqramla deyil, onu doğru şəkildə tələbəyə çatdıran müəllimlə formalaşdırır.

Biz tələbələrin akademik və şəxsi inkişafına töhfə verə bilən, müasir tədris metodlarını tətbiq edən və nəticəyönümlü çalışan Çin dili müəllimlərini komandamıza dəvət edirik.

 

Namizəddən gözləntilər:

Çin dili üzrə yüksək səviyyədə bilik 

Minimum “HSK 4” sertifikatı 

“HSK 5” və üzəri olan namizədlərə üstünlük verilir 

Tədris sahəsində praktiki təcrübə 

Müasir və interaktiv tədris metodlarından istifadə bacarığı 

Məsuliyyətli, enerjili və inkişafyönümlü yanaşma 

Tələbələrlə effektiv ünsiyyət qurmaq bacarığı 

 

Vəzifə öhdəlikləri:

Müxtəlif yaş qrupları üçün Çin dili dərslərinin təşkili

Dərs proqramlarının hazırlanması və effektiv tədrisin həyata keçirilməsi 

Tələbələrin inkişafının izlənilməsi və qiymətləndirilməsi

Mərkəzdə tədris standartlarına uyğun fəaliyyət göstərmək

Tələbələrin danışıq, dinləmə, oxu və yazı bacarıqlarını inkişaf etdirmək 

 

Biz sizə nə təklif edirik?

Rəqabətli əmək haqqı sistemi 

Stabil və prestijli iş mühiti 

Davamlı inkişaf və təlim imkanları 

Peşəkar və dəstəkləyici komanda 

Karyera inkişafı üçün real imkanlar 

 

İş yeri: Bakı şəhəri, Ziya Bünyadov 690

 CV-nizi [email protected] elektron poçt ünvanına göndərərək müraciət edə bilərsiniz.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.