Vəzifə: Maliyyə üzrə Baş Mütəxəssis

 Əsas öhdəliklər:

 

-  İllik, rüblük və aylıq büdcələrin hazırlanması və struktur bölmələr üzrə bölüşdürülməsi;

-  Büdcə planlamasının həyata keçirilməsi və icrasına davamlı nəzarətin təmin olunması;

- Büdcə göstəricilərinin təhlil olunması, xərclərin azaldılması və gəlirlilik artırılması istiqamətində təkliflərin hazırlanması və rəhbərliyə təqdim edilməsi;

- Maliyyə hesabatlarının (aylıq, rüblük və illik) hazırlanması, təhlili və nəticələrin rəhbərliyə detallı şəkildə təqdim olunması;

- Şirkətin gəlir və xərclərinin gündəlik izlənilməsi, düzgün uçotunun aparılması və maliyyə intizamına nəzarət edilməsi;

- Maliyyə göstəricilərinin təhlili, performans analizlərinin aparılması və qərarvermə prosesinə dəstək göstərilməsi;

- Pul vəsaitlərinin hərəkətinə nəzarət edilməsi, cash flow planlamasının hazırlanması və maliyyə axınının düzgün idarə olunması;

-  Vergi bəyannamələrinin hazırlanması və dövlət orqanlarına vaxtında təqdim olunmasına nəzarət;

- Daxili maliyyə nəzarət mexanizmlərinin tətbiqi, mövcud proseslərin təkmilləşdirilməsi və maliyyə risklərinin minimuma endirilməsi;

- iiko proqramı üzərindən maliyyə əməliyyatlarının izlənilməsi, məlumatların yoxlanılması və hesabatların hazırlanması;

-  Təchizatçı hesablarının, ödəniş cədvəllərinin və debitor/kreditor borcların izlənilməsi

- Rəhbərlik tərəfindən tələb olunan maliyyə analizləri, hesabatlar və digər operativ  məlumatların hazırlanması.

 

Kvalifikasiya tələbləri:

  • Təhsili: Ali (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat üzrə);
  • İş təcrübəsi: Büdcə və hesabatlılıq üzrə maliyyə mütəxəssisi vəzifəsində 5 il iş təcrübəsi.

Tələb olunan bilik və bacarıqlar:
- Maliyyə hesabatlılığı və maliyyə analizi üzrə biliklər;

- Maliyyə planlaşdırılması, büdcələmə və büdcə nəzarəti üzrə biliklər;
- Maliyyə hesabatlarının hazırlanması və təhlil etmə bacarığı;

- Böyük həcmli məlumatlarla işləmək və detalları dəqiq analiz etmə bacarığı;

- Cash flow idarəetməsi və maliyyə risklərinin qiymətləndirilməsi üzrə biliklər;
- Vergi öhdəlikləri və maliyyə prosedurları barədə praktiki biliklər;
- Gəlir və xərclərin təhlili və maliyyə göstəricilərinin interpretasiyası üzrə biliklər;

- Microsoft Excel proqramını yüksək səviyyədə bilmə 

(Pivot Table, VLOOKUP/XLOOKUP, IF funksiyaları, maliyyə formulaları və analiz alətləri);

- Problemləri operativ müəyyən etmə və effektiv həll yolları təqdim etmə bacarığı;
- Vaxtın düzgün idarə olunması və eyni anda bir neçə tapşırıqla işləmək bacarığı;
- Komandadaxili koordinasiya və effektiv ünsiyyət bacarıqları;
- Çevik qərarvermə bacarığı;

 

Təklif edirik:
• Əmək haqqı: 1500-2000 AZN;
• Karyera inkişaf imkanı;
• Gənc və dinamik komanda;
• Peşəkar aşpazlarımız tərəfindən hazırlanmış nahar;
• Rahat və peşəkar iş mühiti.

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Maliyyə üzrə baş mütəxəssis” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.