Crossmedia.az Analitik İnformasiya Portalının bir yaşı tamam olur. 2024-ci noyabrın 1-də təsis olunan portal qısa müddət ərzində özünəməxsus analitik üslubu, obyektiv informasiya təqdimatı və müasir mdia prinsiplərinə sadiqliyi ilə seçilərək informasiya məkanında yer tutmağa nail olub.
Fəaliyyəti dövründə Crossmedia.az saytı “Təhsil” bölməsi vasitəsilə Azərbaycanın təhsil sistemində baş verən yenilikləri, islahatları, beynəlxalq təcrübə mübadiləsini və təhsildə innovativ yanaşmaları əhatə edən çoxsaylı materiallarla ictimaiyyətin diqqətinə çatdırıb. Saytın təhsil mövzusundakı təqdimatında əsas məqsədi təhsil sahəsindəki prosesləri analitik baxımdan təhlil etmək, həm dövlət siyasətinin icrasını, həm də cəmiyyətin bu sahəyə münasibətini obyektiv şəkildə əks etdirməkdir.
1 yaş münasibətilə həmkarlarımızı səmimi qəlbdən təbrik edir və bu yolda bol müvəffəqiyyətlər arzulayırıq.