Vakansiya: İcra prosesinə nəzarət üzrə mütəxəssis (xanım namizəd)

 

İş yeri: Beynəlxalq Təhsil Mərkəzi

İş rejimi: 09:00 - 19:00

İş yeri: Bakı şəhəri, Koroğlu metrosu yaxınlığı

 

Vəzifə haqqında:

Beynəlxalq Təhsil Mərkəzi komandasına məsuliyyətli, nizam-intizamlı və idarəetmə bacarıqlarına malik icra prosesinə nəzarət edən xanım əməkdaş axtarırıq. Namizəd rəhbər tərəfindən verilən tapşırıqları əməkdaşlara ötürəcək, işin düzgün və vaxtında icrasına nəzarət edəcək, nəticələri rəhbərliyə təqdim edəcək.

 

Əsas vəzifə öhdəlikləri:

Rəhbərin verdiyi tapşırıqları vaxtında qəbul etmək və əməkdaşlara dəqiq şəkildə ötürmək;

Tapşırıqların icra prosesinə nəzarət etmək, gedişatı izləmək və nəticələndirmək;

Tapşırıqların icra vəziyyəti barədə gündəlik və ya həftəlik hesabat hazırlamaq;

Mərkəzdaxili iş prosesində koordinasiyanı və operativliyi təmin etmək;

Rəhbərliklə əməkdaşlar arasında düzgün informasiya axınını qurmaq;

İşin gedişində yaranan çətinlikləri vaxtında rəhbərliyə bildirmək;

Ofis nizam-intizamına və daxili qaydalara riayət etmək.

 

Namizədə tələblər:

Xanım namizəd (25–35 yaş aralığı);

Ali təhsil;

Minimum 1 il idarəetmə, icra və ya ofis koordinasiya sahəsində təcrübə;

Güclü təşkilatçılıq və nəzarət bacarığı

Yüksək məsuliyyət, diqqətlilik və analitik düşünmə;

Dəqiq hesabat vermə və iş intizamına riayət etmə bacarığı;

Komanda ilə işləmək və qarşılıqlı əlaqə qurmaq qabiliyyəti;

Şəxsi keyfiyyətlər:

Liderlik və təşəbbüskarlıq bacarığı;

Məsuliyyətli və tələbkar yanaşma;

Operativlik və qərarvermə bacarığı;

Gülərüz və kommunikativ davranış tərzi.

 

Tələblərə uyğun olduğunu düşünən şəxslər [email protected] adresinə  "İcra prosesinə nəzarət üzrə mütəxəssis" başlığı ilə cvlərini göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.