Debitor üzrə mühasib vakansiyası
Əsas vəzifə öhdəlikləri
•Market şəbəkələri üzrə həyata keçirilən price-cut (qiymət endirimi) kampaniyalarının monitorinqi və partnyor şirkətlərdən müvafiq tələblərin irəli sürülməsi;
•Endirim dövrlərinin və hesablanmış məbləğlərin düzgünlüyünün yoxlanılması, ödənilməli məbləğlərin təsdiq edilməsi;
•Partnyor şirkətlər tərəfindən təqdim olunan qaimələrin yoxlanılması, təsdiqlənməsi və aidiyyəti rəhbərliyə təqdim edilməsi;
•Debitorlarla bağlanmış müqavilələrin icrasına nəzarət edilməsi;
•Aylıq və rüblük üzləşmələrin aparılması, üzləşmə aktlarının hazırlanması;
Namizədə tələblər
•Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
•Mühasibatlıq və ya debitor borclarının idarə olunması sahəsində iş təcrübəsi;
•MS Excel proqramı üzrə yaxşı biliklər;
•Analitik düşünmə və problemlərin həlli bacarığı;
•Yüksək ünsiyyət və komanda ilə işləmək bacarığı;
•Məsuliyyətli, diqqətli və operativ olmaq.
İş qrafiki: 5 günlük iş rejimi
İş saatı: 09:00 – 18:00
• İş fəaliyyəti ilə əlaqədar yol xərcləri şirkət tərəfindən qarşılanır;
• Korporativ nömrə təqdim edilir;
Əmək haqqı:Namizədin bilik və bacarığına əsasən təyin ediləcək.
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına mövzu hissəsində "Debitor üzrə Mühasib" qeyd etməklə göndərə bilərlər.