Veyseloglu Group of Companies "Korporativ Kommunikasiyalar Üzrə Mütəxəssis (Qrafik Motion Dizayner)" vakansiyasını açıq elan edir.

 

Namizədə tələblər

- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;

- Adobe Photoshop, Illustrator, After Effects və Premiere Pro proqramlarında sərbəst işləmək bacarığı;

- ‎ Qrafik Motion Dizayner olaraq iş təcrübəsi üstünlükdür;

-  Süni intellekt (AI) əsaslı dizayn və video alətlərindən istifadə bacarığı;

- Çap materialları və onların istehsal prosesinin texniki tələbləri barədə biliklər;

- ‎Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı; rus və ingilis dillərini bilmək üstünlükdür;

- ‎Yaradıcı düşüncə, yüksək vizual zövq və detallara diqqət;

 

Vəzifə Öhdəlikləri

- Şirkətin daxili və xarici kommunikasiya strategiyasına uyğun olaraq korporativ kommunikasiya kanallarının fəaliyyətini və aylıq kontent planlarını hazırlamaq, icrasını koordinasiya etmək;

- Müxtəlif kommunikasiya kanallarının xüsusiyyətlərinə və hədəf auditoriyasına uyğun yaradıcı mətn, vizual və qısa video məzmunlar hazırlamaq;

- Korporativ elanlar, məlumatlandırıcı materiallar, kampaniyalar və xüsusi günlər üçün vizual konsepsiyalar hazırlamaq;

- Animasiya, infoqrafika, dinamik təqdimat, video keçidlər, titrlər və digər motion dizayn materialları hazırlamaq;

- Qısa videoların montajını həyata keçirmək, rəng və səs korreksiyası aparmaq, subtitr və qrafik elementlər əlavə etmək;

- Korporativ tədbirlər, daxili layihələr və kommunikasiya kampaniyaları üçün yaradıcı konsepsiyalar formalaşdırmaq, bu konsepsiyalara uyğun rəqəmsal və çap vizualları hazırlamaq;

- Broşür, buklet, kataloq, poster, banner, roll-up, təqdimat, dəvət kartı, sertifikat, məlumat lövhəsi və digər promo materialların dizaynını hazırlamaq;

- Çap materiallarını texniki tələblərə uyğun istehsala hazırlamaq, onların rəng, ölçü, format və keyfiyyət göstəricilərini yoxlamaq;

- Bütün vizual materiallarda brend kitabçasının tələblərinə, o cümlədən loqo, korporativ rəng, tipoqrafiya, foto və illüstrasiya üslubuna uyğunluğu təmin etmək;

məhsulun təsdiqlənmiş dizayna və brend kitabçasına uyğunluğunu yoxlamaq;

- Müasir qrafik və motion dizayn, video və rəqəmsal kommunikasiya trendlərini izləyərək innovativ həllər təklif etmək;

- Süni intellekt (AI) alətlərindən istifadə etməklə kommunikasiya materiallarının hazırlanması prosesini optimallaşdırmaq və yaradıcı həllər təqdim etmək.

 

İş Şərtləri

- İş məkanı: Azure Plaza

- Əmək haqqı: Namizədin bilik və təcrübəsinə əsasən razılaşma yolu ilə

- İş rejimi: 5 gün (Həftəiçi)

- Nahar: Təmin edilir

- Servis xidməti Mövcuddur

 

Karyerasını bizimlə davam etdirmək istəyən namizədlər mövzu hissəsində “Korporativ Kommunikasiyalar Üzrə Mütəxəssis ” qeyd etməklə öz CV-formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlə

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.