Orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı prosesinə başlanılır!
Qeydiyyat prosesi my.gov.az platforması üzərindən 19 avqust saat 15:00 - 31 avqust saat 18:00 tarixləri aralığında həyata keçiriləcək.
Müraciət edəcək şəxslərdən aşağıdakı məlumatları nəzərə almaları xahiş olunur:
Tələbə qəbulu üçün qeydiyyat yalnız my.gov.az platforması vasitəsilə aparılır.
Şəkilsiz köhnə nəsil şəxsiyyət vəsiqəsi olan şəxslər my.gov.az-da qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsini yeniləməlidirlər.
15 yaşına çatmamış vətəndaşlar my.gov.az-da şəxsi kabinetlərini "SİMA rəqəmsal imza" ilə açmalıdırlar.
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.