Vakansiya - Debitorlar üzrə kiçik mütəxəssis
Şam Fi MMC-nin Lökbatan da yerləşən anbarına Debitorlar üzrə kiçik mütəxəssis tələb olunur
Vəzifə öhdəlikləri
• Təhvil alınan faktura və digər ilkin sənədləri qəbul etmək və sənədin tamlığını yoxlamaq.
• Sənədlərin aşağıdakı əsas göstəricilər üzrə yoxlanılmasını həyata keçirmək:
- Sənəddə qeyd olunan məlumatları sistemdəki məlumatlarla müqayisə etmək.
- Sənədlərdə aşkar olunan uyğunsuzluqları müəyyən etmək və səbəbini araşdırmaq.
- Səhv sənədləri sistemdə müvafiq statusla qeydiyyata almaq və aidiyyəti əməkdaşa yönləndirmək.
- Aktla rəsmiləşdirilməli olan halları müəyyən etmək və həmin sənədlərin akt kimi qeydiyyata alınmasını təmin etmək.
- Sənədlərin müəyyən edilmiş SLA müddətində yoxlanılmasını təmin etmək.
- Öz məsuliyyətində olan sənədlərin gecikməsinə yol verməmək və gecikmə riski yarandıqda əvvəlcədən rəhbəri məlumatlandırmaq.
- Və s.
Tələblər
• 1 ilədək iş təcrübəsi;
• İqtisadiyyat yönümlü ali təhsil;
• Microsoft Excel proqramını orta səviyyədə bilmək;
• Mühasibat uçotu və ilkin sənədlərlə işləmə bacarığı;
• Diqqətli, məsuliyyətli və analitik düşünmə qabiliyyəti;
• Hesabatların vaxtında və düzgün hazırlanması bacarığı.
İş şəraiti:
• İş qrafiki: 09:00 – 18:00;
• Əmək haqqı: 650 - 700 manat net;
• Nahar şirkət tərəfindən təmin edilir;
• Korporativ mobil nömrə şirkət tərəfindən təmin edilir.
• Ünvan - Lökbatan.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu yerinə "Debitorlar üzrə kiçik mütəxəssis" yazaraq [email protected] e-mail ünvanına göndərə bilərlər.