Vakansiya
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC Mərkəzi Aran Regional İdarəsi üzrə Rəis vakansiyasını elan edir.
Qurum: "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC
Vakansiya: Mərkəzi Aran Regional İdarəsinin Rəisi
İş yeri: Beyləqan rayonu (DAİM)
Tabeçilik: Cəmiyyətin əməliyyatlar üzrə Direktor müavininə və Cəmiyyətin Direktoruna
Son müraciət tarixi: 30.10.2026
Əmək funksiyaları:
- Mərkəzi Aran Regional İdarəsinin təsərrüfatın idarə edilməsi proseslərinə rəhbərlik və nəzarətin həyata keçirilməsi;
- Regional idarənin tabeliyində olan əkin və örüş sahələrinin, o cümlədən xırda buynuzlu heyvanların yataqlarının (təsərrüfatların) effektiv idarə edilməsi, saxlanılması və inkişafının təmin olunması;
- Cəmiyyətin Direktoruna birbaşa hesabatların hazırlanması və təqdim edilməsi;
- Təsərrüfat planlarının və aqrotexniki/zootexniki tədbirlərin vaxtında və keyfiyyətlə icrasına nəzarət edilməsi;
- Material-texniki bazadan, torpaq və heyvandarlıq resurslarından səmərəli istifadənin təmin olunması;
- Kənd təsərrüfatı təyinatlı maşın-mexanizmləri və aqreqatların işlək olmasına nəzarət edilməsi;
- Regional İdarənin işçi heyətinin fəaliyyətinin əlaqələndirilməsi, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət.
Namizədə dair tələblər:
- Təhsil: Ali (Kənd təsərrüfatı, aqronomluq, zootexniklik və ya idarəetmə/menecment sahələri üzrə);
- İş təcrübəsi: Kənd təsərrüfatı, aqrar sahə və ya heyvandarlıq sahəsi üzrə rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi;
- Yaşayış yeri: Beyləqan və ya ətraf ərazilərdə (Füzuli, İmişli, Bərdə və s.) daimi məskunlaşan və ya həmin ərazidə yaşamaq imkanı olan namizədlərə üstünlük verilir.
Texniki və Peşəkar bacarıqlar:
- Aqrar sektor, xüsusilə xırda buynuzlu heyvandarlıq təsərrüfatının idarə olunması və saxlanması qaydaları üzrə dərin biliklər;
- Təsərrüfat proseslərinin planlaşdırılması və idarə edilməsi bacarığı;
Kompüter bilikləri (MS Office proqramları).
Yumşaq bacarıqlar:
- Yüksək liderlik, idarəetmə və təşkilatçılıq qabiliyyəti;
- Strategiya qurma, operativ qərarvermə və problemləri həll etmə bacarığı;
- Güclü kommunikasiya və komandanı idarəetmə bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Mərkəzi Aran Regional İdarəsinin Rəisi” yazaraq [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.