Deloitte Mühasibatlıq Bootcamp Proqramının Başlandığını Elan edir!
Biz 4-cü kurs tələbələri, magistrantlar və yeni məzunlar üçün nəzərdə tutulmuş Accounting Bootcamp proqramını təqdim etməkdən məmnunuq. Bu proqram mühasibatlıq sahəsində güclü təməl bilikləri formalaşdırmaq və yüksək tələbat olan bu sahədə gələcəyinizi qurmaq üçün bir fürsətdir.
Proqramın əsas üstünlükləri
• Ekspertlər tərəfindən keçirilən təlim sessiyaları: Üç ay müddətində həftədə bir dəfə təşkil olunacaq proqram Deloitte mütəxəssisləri tərəfindən aparılacaq. Təlimlər Deloitte Azerbaijan ofisində keçiriləcək və iştirakçılara peşəkar mühitdə öyrənmək və şəbəkələşmək imkanı yaradacaq.
• Əhatəli tədris proqramı: Təlim proqramı Maliyyə Mühasibatlığına yönəlib və bu sahədə uğur qazanmaq üçün vacib olan əsas prinsipləri, çərçivələri və praktik yanaşmaları əhatə edir.
Qeydiyyatdan keçməyə tələsin