Süni İntellekt və Avtomatlaşma Alətləri ilə Öz Biznesini və ya Startapını Qur
Ümumi baxış
2022-ci ilin sonuna doğru ChatGPT-nin istifadəyə verilməsi ilə süni intellekt ilk dəfə həyatımıza kütləvi şəkildə daxil oldu və istər şəxsi, istərsə də iş həyatımızda böyük dəyişikliklər yarattı. Aradan 3 ildən çox müddət keçib və bu gün süni intellekt sadəcə sual verib cavab aldığımız bir alət deyil, eyni zamanda bizim üçün işlər görə bilən köməkçimizə çevrilib. Bəs bu alətdən öz biznesimizi və ya startapımızı qurmaq üçün istifadə edə bilərikmi?
Qısa cavab-bəli. Süni intellektin köməyi ilə biznes qurma prosesində əvvəllər günlərlə, hətta bəzən aylarla vaxt alan bir çox prosesləri bir neçə dəqiqə ərzində etmək mümkündür. Bunların arasında bazar araşdırmaları, rəqiblərin analizi, məhsulun formalaşdırılması, eləcə də satış prosesi və digər önəmli proseslər yer alır.
AI agentləri və ya avtomatlaşdırma alətləri vasitəsilə isə davamlı olaraq təkrarlanan və çoxlu vaxt alan prosesləri avtomatlaşdıraraq çoxlu vaxta qənaət etmək olar. Bu təlim zamanı bu kimi mövzulara toxunacağıq və biznes qurma prosesini maksimum necə effektiv şəkildə etməyin yolları barədə danışacağıq.