İncəsənət sənətçi ilə tamaşaçı arasında dialoq forması ola bilərmi?
15 oktyabr tarixində YARAT-da tədqiqatçı, kurator və kino irsinin qorunması və bərpası üzrə mütəxəssis Deniel Bördün “İncəsənət dialoq kimi” adlı mühazirəsi keçiriləcək.
Mühazirədə incəsənət sənətçi, əsər və tamaşaçı arasında dialoq məkanı kimi nəzərdən keçiriləcək. Spiker müxtəlif yaradıcı şəxslərin əsərlərinə müraciət edərək incəsənətin ünsiyyət və fikir mübadiləsi vasitəsinə necə çevrildiyindən bəhs edəcək.
Deniel Börd Andjey Julavski ilə çalışıb, Londonun Müasir İncəsənət İnstitutu (ICA), Parisin Pompidu Mərkəzi və Nyu-Yorkun Film at Lincoln Center məkanlarında sərgi və kino proqramlarının kuratoru olub.
15 oktyabr, 19:00
YARAT Mərkəzi (MFZ, II mərtəbə)
Qeydiyyat üçün linkə daxil olun.
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.