“A+CO” ASC “Maliyyə üzrə təcrübəçi” vəzifəsi üzrə işçi axtarışı elan edir.

 

Vəzifə öhdəlikləri:

•        Maliyyə üzrə gündəlik əməliyyatların icrasında iştirak.

•        Debitor və kreditor üzrə əməliyyatların yoxlanılması.

•        Bank qalıqlarının uçot əməliyyatları ilə yoxlanılması.

•        İstehsal əməliyyatlarinin yoxlanılması.

 

Tələblər:

•        Ali təhsil (Maliyyə, İqtisadiyyat, Mühasibatlıq və ya Menecment);

•        MS Office proqramlarından, xüsusilə MS Excel-dən yaxşı səviyyədə istifadə bacarığı;

•        Dil bilikləri: Azərbaycan dili sərbəst (ingilis və ya rus dili bilməsi üstünlükdür);

•        Rəqəmlərlə işləmək bacarığı, analitik düşüncə, detallara diqqət, məsuliyyət və komandada işləmək bacarığı.

 

İş şəraiti:

•        Təcrübə proqramı ödənişlidir;

•        İş yeri: Xırdalan şəhəri;

•        5/7 iş qrafiki;

•        Nahar və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Maliyyə üzrə təcrübəçi” yazaraq [email protected]  ünvanına göndərmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.