Vakansiya : Təsərrüfat şöbə müdiri

 

Əsas vəzifə öhdəlikləri

- Kollecin inzibati və təsərrüfat fəaliyyətinin səmərəli təşkilini və idarə olunmasını təmin etmək;

- Binaların, auditoriyaların, laboratoriyaların, inzibati otaqların və digər ərazilərin texniki vəziyyətinə müntəzəm nəzarət etmək;

- Cari və əsaslı təmir işlərini planlaşdırmaq, təşkil etmək və icrasına nəzarət etmək;

- Mühəndis-kommunikasiya sistemlərinin (elektrik, su, istilik, kanalizasiya, havalandırma və s.) fasiləsiz fəaliyyətini təmin etmək;

- Dövlət əmlakının qorunmasını, inventar və avadanlıqların düzgün uçotunu və səmərəli istifadəsini təşkil etmək;

- Təmizlik, mühafizə və texniki xidmət sahələrində çalışan əməkdaşların fəaliyyətini koordinasiya etmək;

- Yanğın təhlükəsizliyi, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının yerinə yetirilməsinə nəzarət etmək;

- Satınalma və təchizat prosesləri üçün texniki tələblərin hazırlanmasında iştirak etmək;

- Müqavilələrin icrasına, görülən işlərin keyfiyyətinə və qəbuluna nəzarət etmək;

- Aidiyyəti dövlət qurumları, podratçı təşkilatlar və xidmət göstərən müəssisələrlə işgüzar əlaqələri həyata keçirmək;

- Rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları icra etmək.

 

Namizədə tələblər

- Ali təhsil (mühəndislik, tikinti, memarlıq, idarəetmə və ya digər uyğun ixtisaslara üstünlük verilir);

- Təsərrüfat, inzibati və ya texniki idarəetmə sahəsində minimum 5 il iş təcrübəsi;

- Dövlət əmlakının idarə olunması, inventar uçotu və təsərrüfat işlərinin təşkili üzrə biliklər;

- Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və texniki təhlükəsizlik qaydaları üzrə məlumatlılıq;

- Satınalma, təmir və təchizat proseslərinin idarə edilməsi üzrə praktiki təcrübə;

- MS Office proqramlarında sərbəst işləmək bacarığı;

- Analitik düşünmə, operativ qərarvermə, planlaşdırma və yüksək təşkilatçılıq bacarığı;

- Məsuliyyətlilik, dürüstlük, komandada işləmək və rəhbərlik etmək bacarığı.

 

Müraciət qaydası

Maraqlanan namizədlərdən CV-lərini [email protected]  elektron poçt ünvanına mövzu hissəsində “Təsərrüfat şöbə müdiri” qeyd etməklə göndərmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.