“Lənkəran Gənclər evi” sosial xidmət müəssisəsi “Dərnək rəhbəri” vəzifəsi üzrə işə qəbul elan edir.
Qeyd edilən vəzifəyə namizədlər aşağıdakı ilkin tələblərə cavab verməlidir:
- Ali təhsil;
- MS Office proqramlar paketində sərbəst işləmə bacarığı;
- Gənclərlə işləmə bacarığı;
- Yaradıcılıq, təşəbbüskarlıq və təşkilatçılıq;
- Foto və video bacarıqları olan şəxslər;
Əlavə bilik və bacarıqlar CV-də qeyd olunmalıdır.
Təqdim ediləcək sənədlər:
- CV forması (CV-də və “mövzu” bölməsində iddia edilən vəzifənin adı mütləq qeyd olunmalıdır, CV Azərbaycan dilində tərtib edilməlidir);
- Şəxsiyyət vəsiqəsinin surəti;
Qeyd: CV forması aydın şəkildə, tam doldurulmayan və qeyd edilən tələblərə cavab verməyən namizədlərin sənədlərinə baxılmayacaq. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar. Müsahibə nəticələrinə uyğun olaraq yalnız seçilmiş namizədlərə bu barədə məlumat veriləcək.
Müraciət etmək üçün yuxarıda qeyd olunan sənədlər [email protected] elektron poçt ünvanına “Lənkəran Gənclər evi - Dərnək rəhbəri” başlığı ilə göndərilməlidir.
Müraciət üçün son tarix: 04 Sentyabr 2026-cı il