Tamstore MMC “Maddi vəsaitlər üzrə mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir!

 

·       Müəssisənin balansında olan maddi vəsaitlərin (avadanlıq, inventar, ləvazimat və s.) uçotunu aparmaq;

·       Maddi vəsaitlərin saxlanması, bölüşdürülməsi və istifadəsinə nəzarət etmək;

·       Gələn malların qaimə-fakturalar və digər müşayiətedici sənədlər əsasında qəbulunu təşkil etmək;

·       Daxili təhvil-təslim aktları üzrə vəsaitlərin struktur bölmələrə ötürülməsini təmin etmək;

·       Maddi vəsaitlərin qorunması, düzgün saxlanması və vaxtında təmir olunmasına nəzarət etmək;

·       İllik və dövri inventarizasiya prosesində iştirak etmək və müvafiq hesabatlar hazırlamaq;

·       Maddi vəsaitlərlə bağlı hesabatları tərtib edib rəhbərliyə təqdim etmək.

 

Tələb olunan bilik və bacarıqlar:       

·       Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (əsasən MS Excel);

·       Analitik düşünmə və problemləri həll etmə bacarığı;

·      Komandada işləmək bacarığı.

 

Tələb olunan təhsil, iş təcrübəsi:

·     Ali təhsil(Müvafiq ixtisas üzrə);

·     Müvafiq sahə üzrə təcrübə 1-3il.

 

İş şərtlərimiz:

·       İş qrafiki: Tam iş günü (5 gün);

·       İş saatları: 09:00-18:00;

·       İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D

 

Biz nə təklif edirik:

·       Əmək bazarında rəqabətli əməkhaqqı;

·       Peşəkar komanda mühiti;

·       Şirkət hesabına korporativ nömrə.

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə  “Maddi vəsaitlər üzrə mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.