Agentliyimizin “Rəqəmsal İstedadlar” layihəsi çərçivəsində “Digital Challenge Azerbaijan” yarışmasına qeydiyyat başladı.

 

Qeyd edək ki, bu yarışın kibertəhlükəsizlik istiqaməti Azerbaijan Cyber Security Center və Technion Texnologiya İnstutu ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

 

Yarışma proqramlaşdırma və kibertəhlükəsizlik sahələrində bilik və bacarıqlarını sınamaq, öz potensialını nümayiş etdirmək istəyən gəncləri bir araya gətirir.

 

 Proqramlaşdırma: fərdi iştirak formatında, Azərbaycan dilində;

 Kibertəhlükəsizlik: 3 nəfərlik komanda formatında, ingilis dili biliyi tələb olunur.

 

 Müsabiqədə 17 yaşdan yuxarı Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

 Qeydiyyat üçün son tarix: 30 sentyabr 2026

 Qeydiyyat

 

Qeyd: Hər iştirakçı yalnız bir istiqamət üzrə iştirak edə bilər. Qeydiyyatdan əvvəl seçdiyiniz istiqamətin iştirak qaydaları ilə tanış olmağınız tövsiyə olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.