Təcrübə və karyera mərkəzinin direktoru

 

Müraciət üçün son tarix

10 Sentyabr 2026

 

Kampus

Xankəndi

Vakansiyanın növü

Tam ştat

İş öhdəliklərinin təsviri

   Universitetin strateji prioritetlərinə uyğun olaraq tələbələrin təcrübə və karyera inkişafı istiqamətində fəaliyyətlərin planlaşdırılmasına və həyata keçirilməsinə rəhbərlik etmək;

    Tələbələrin ixtisaslarına və peşəkar inkişaf ehtiyaclarına uyğun təcrübə proqramlarının formalaşdırılmasını, işəgötürənlərlə birgə təşkilini və nəticələrinin qiymətləndirilməsini təmin etmək;

    Tələbələrin əmək bazarına hazırlığını və karyera yetkinliklərini inkişaf etdirən karyera məsləhəti, təlim, mentorluq və digər inkişaf proqramlarının sistemli təşkilini təmin etmək;

    Tələbələrin təcrübə və karyera inkişafının akademik proqramlarla əlaqələndirilməsi, ixtisaslar üzrə ehtiyacların müəyyənləşdirilməsi və müvafiq təşəbbüslərin həyata keçirilməsi məqsədilə fakültələrlə birgə fəaliyyət göstərmək;

    Dövlət və özəl sektor, yerli və beynəlxalq şirkətlər, təşkilatlar və digər işəgötürənlərlə strateji tərəfdaşlıqlar qurmaq, tələbələr üçün təcrübə, məşğulluq və peşəkar inkişaf imkanlarını genişləndirmək;

    Tələbə və məzunların işəgötürənlərlə əlaqəsini gücləndirən karyera tədbirlərini, işəgötürən görüşlərini, karyera sərgilərini və digər müvafiq tədbirləri təşkil etmək;

    Tələbələrin təcrübə nəticələri, məzunların məşğulluğu, işəgötürən rəyləri və əmək bazarının tələbləri üzrə məlumatları sistemli şəkildə təhlil etmək, nəticələr əsasında universitet rəhbərliyinə və aidiyyəti akademik strukturlara təkliflər vermək;

    Şöbənin fəaliyyətinə və komandanın işinə rəhbərlik etmək, təcrübə və karyera xidmətlərinin keyfiyyətini, əlçatanlığını və davamlı inkişafını təmin etmək.

 

Tələblər

    İnsan resurslarının idarə edilməsi, biznesin idarə edilməsi, təhsil, iqtisadiyyat, sosial elmlər və ya əlaqəli sahə üzrə ali təhsil;

    Karyera xidmətləri, insan resurslarının idarə edilməsi, işəgötürənlərlə əməkdaşlıq, tələbə inkişafı və ya əlaqəli istiqamətlər üzrə ən azı 5 il müvafiq iş təcrübəsi, o cümlədən ən azı 2 il idarəetmə təcrübəsi;

    Karyera inkişafı, tələbələrin əmək bazarına hazırlanması, təcrübə proqramlarının təşkili və məşğulluq prosesləri üzrə peşəkar bilik və bacarıq;

    İşəgötürənlərlə uzunmüddətli tərəfdaşlıqlar qurmaq, dövlət və sənaye (özəl sektor) əməkdaşlığını inkişaf etdirmək təcrübəsi;

    Əmək bazarının tendensiyalarını və işəgötürənlərin kompetensiya tələblərini təhlil etmək təcrübəsi;

    Proqram və tədbirlərin planlaşdırılması, həyata keçirilməsi, nəticələrinin qiymətləndirilməsi və müvafiq göstəricilər üzrə hesabatların hazırlanması təcrübəsi;

    Liderlik, strateji və analitik düşünmə, planlaşdırma, təşəbbüskarlıq, danışıqlar aparma və nəticəyönümlü idarəetmə bacarıqları;

    Maraqlı tərəflərlə effektiv peşəkar kommunikasiya və əməkdaşlıq qurmaq təcrübəsi;

    Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı; ingilis dilində peşəkar fəaliyyət və beynəlxalq tərəfdaşlarla yazılı/şifahi ünsiyyət qurmaq bacarığı (minimum B2 səviyyəsi).

 

Müraciət etmək üçün

Təklif etdiyimiz üstünlüklər

    Rəqabətqabiliyyətli əməkhaqqı;

    Xankəndi şəhərində mənzil təminatı;

    Peşəkar inkişaf və beynəlxalq əməkdaşlıq imkanları.

 

Müraciət qaydası

Namizədlər CV-lərini mövzu hissəsində "Təcrübə və karyera mərkəzinin direktoru" qeyd etməklə [email protected] elektron poçt ünvanına təqdim edə bilərlər.

 

Qeyd: Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.