Direktor müavini (Mühəndislik və memarlıq istiqaməti üzrə)
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Tarixi irs mühitində mühəndislik və memarlıq proseslərinə rəhbərlik edəcək təcrübəli və strateji düşüncəyə malik Direktor müavini axtarırıq.
Bu vəzifə mövcud tarixi mühitdə mühəndis-kommunikasiya sistemlərinin və memarlıq müdaxilələrinin idarə olunması, qorunması və optimallaşdırılması ilə bağlıdır.
Əsas vəzifələr:
• Mühəndis-kommunikasiya sistemlərinin (MEP) və texniki istismar proseslərinin idarə olunması
• Memarlıq və bərpa layihələrinin irs mühafizəsi tələblərinə uyğunluğunun təmin edilməsi
• Tarixi mühitdə aparılan dəyişikliklərə (fasad, obyektlər və s.) nəzarət
• Mühəndislər, memarlar və podratçılarla koordinasiyanın təşkili
• Texniki nəzarət və keyfiyyət təminatı proseslərinə rəhbərlik
• Mühəndis və memar heyətinin idarə olunması və inkişafı
Tələblər:
• Mühəndislik və ya memarlıq sahəsində ali təhsil
• Mühəndislik və/və ya memarlıq istiqamətində idarəetmə sahəsində rəhbər vəzifədə iş təcrübəsi
• Mövcud və həssas mühitdə işləmə təcrübəsi (irs obyektləri üzrə təcrübə üstünlükdür)
• Memarlıq və mühəndislik sənədlərini oxuma və qiymətləndirmə bacarığı
• Güclü liderlik, koordinasiya və qərarvermə bacarıqları
• Sistemli yanaşma və nəticəyönümlülük
Niyə bizə qoşulmalı?
Tarixi irsin qorunması ilə müasir mühəndislik və memarlıq idarəetməsinin kəsişdiyi unikal mühitdə çalışmaq və yüksək təsirli layihələrin bir hissəsi olmaq imkanı.
CV-lərinizi mövzu hissəsində vəzifənin adını qeyd etməklə aşağıdakı e-poçt ünvanına göndərə bilərsiniz: