Vakansiya: Planlama üzrə mütəxəssis
Azertexnolayn MMC – Polietilen Məmulatları Zavodu Planlama üzrə mütəxəssis vəzifəsi üzrə məsuliyyətli və inkişaf yönümlü əməkdaş axtarır.
Vəzifə öhdəlikləri:
İstehsal sifarişlərinə uyğun olaraq istehsal planlarının hazırlanması
Eskiz və layihələrin oxunması
İstehsal olunan məhsullar üçün maya dəyərinin hesablanması məqsədilə məhsul reseptlərinin hazırlanması
ERP proqramında iş əmrlərinin açılması və idarə olunması
Xammal və materiallara olan tələbatın hesablanması
İstehsal prosesinin icrasına gündəlik nəzarət
Plan üzrə kənarlaşmaların təhlili və aradan qaldırılması üçün aidiyyəti şöbələrlə koordinasiya
Anbar qalıqlarının mütəmadi izlənməsi
İstehsal göstəriciləri üzrə dövri hesabatların hazırlanması
Tələblər:
Təhsil: Ali
Dil bilikləri: İngilis və rus dili
Cins: Kişi
Yaş: 25–35
İş təcrübəsi: 2–3 il
Kompüter bilikləri: MS Office, AutoCAD, ERP proqramları
Şirkət tərəfindən təmin edilir:
Nahar
Telefon limiti
Bakı şəhərindən servis xidməti
İş yeri: Sumqayıt Sənaye Parkı
İş rejimi: Həftə içi 5 gün, 09:00–18:00
Uyğun namizədlər “Planlama üzrə mütəxəssis” mövzu başlığı ilə CV-lərini
[email protected] elektron ünvanına göndərə bilərlər.