Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzlərində (UADM) aşağıdakı vakant vəzifələr üzrə işə qəbul müsabiqəsi elan edir.

 

1) Sosial iş üzrə mütəxəssis, psixoloq – Saatlı, Sabirabad, İsmayıllı, Zərdab UADM

 

2) Sosial iş üzrə mütəxəssis - Goranboy UADM

 

3) Baş mühasib – Şüvəlan, Saatlı, Qəbələ UADM

 

Müvafiq tələblərə uyğun gələcəyiniz təqdirdə müsahibəyə dəvət ediləcəksiniz.

 

Qeyd: Müraciət edərkən “mövzu” bölməsində iddia edilən vəzifənin adı və rayon mütləq qeyd olunmalıdır.

 

- CV Azərbaycan dilində tərtib edilməlidir.

 

- Baş mühasib vəzifəsi üçün namizədlərin peşəkar mühasib sertifikatı (İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə - II səviyyə PMS) olmalıdır.

 

-Sosial iş üzrə mütəxəssis vəzifəsi üçün namizədlərə ixtisas tələbləri sosial işçi, hüquqşünas, təhsildə sosial-psixoloji xidmət ixtisaslarıdır.

 

Qeyd edilən vəzifə üzrə işə qəbul olmaq istəyən şəxslər şəxsi məlumatlar anketini (CV) 25 iyun 2025-ci il tarixinə qədər [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.