Qrafik dizayner vakansiyası

 

 

Vəzifə Öhdəlikləri:

 

- Şirkətin brend üslubuna və korporativ qaydalarına uyğun olaraq vizual materialların hazırlanması və vaxtında təhvil verilməsi.

- Verilən təlimatlar və məlumatlar əsasında dizayn işlərinin yüksək keyfiyyətlə icra olunması.

- Brendə aid məhsullar, loqotiplər və veb saytlar üçün qrafik dizayn, vizual materiallar və fotoşəkillərin hazırlanması.

- İşi operativ və vaxtında yerinə yetirmək.

- Çap məhsullarının dizaynı, çapa hazırlanması və göndərilməsi.

- Günlük dizayn işlərinin icrası (sosial media, promo materiallar və s.).

- SMM layihələri çərçivəsində foto və video çəkilişlərdə aktiv iştirak.

 

Namizədə tələblər:

 

- Ali təhsil (Qrafik dizayn və ya əlaqəli sahələr üzrə əlavə kurs və seminarlar üstünlük sayılır).

- Qrafik dizayn sahəsində minimum 1 il iş təcrübəsi.

- Portfolio təqdim etmək imkanı (üstünlükdür).

- Adobe Photoshop, Adobe Illustrator (Adobe After Effects və Adobe Premiere proqramlarını bilmək üstünlükdür).

- Microsoft Office proqramlarında işləmə bacarığı.

- 3D animasiya və motion design sahəsində bilik və bacarıqlar (üstünlükdür).

- Video montaj bacarığı (üstünlükdür).

- Kreativ düşüncə, zövqlü dizayn anlayışı və sürətli işləmə qabiliyyəti.

 

İş qrafiki: Həftə içi 5 gün, saat 09:00 – 18:00

Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyənləşdiriləcək

İş yeri: Bakı şəhəri, Aşıq Molla Cümə 44

 

Təklif Olunan Üstünlüklər:

 

- Nahar xərclərinin qarşılanması

- Korporativ nömrə və danışıq limiti ilə təminat

 

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Qrafik dizayner” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.