Vəzifə: E-kommers üzrə mütəxəssis

 

Tələblər:

Ali təhsil (əczaçılıq, tibb, biologiya, kimya və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür);

Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (e-kommers, onlayn satış və ya rəqəmsal kanallar üzrə);

E-kommers prosesləri ilə yanaşı dərman və tibbi məhsullar üzrə əsas biliklər;

Məhsulların qeydiyyat statusu, reseptlə və ya reseptsiz satışı, istifadə sahəsi və məhdudiyyətləri barədə anlayış;

Rəqəmsal marketinq alətləri üzrə biliklər (Sosial media və affiliate marketinq — üstünlükdür);

E-kommers layihələrinin planlanması və icrasında təcrübə;

Məhsul, qiymət və satış analizi aparmaq bacarığı;

Analitik düşüncə tərzi, yüksək məsuliyyət, stressə davamlılıq;

Komanda ilə işləmək və nəticəyönümlü yanaşma.

 

Vəzifə öhdəlikləri:

·         Şirkətə məxsus e-kommers platformasında yerləşdirilən məhsulların tibbi və regulyativ tələblərə uyğunluğuna nəzarət;

·         Məhsulların qeydiyyatlı olub-olmaması, resept statusu və təsvirlərinin düzgünlüyünün təmin edilməsi;

·        E-kommers platformasının gündəlik idarə olunması və optimizasiyası;

·         Onlayn satışların artırılması məqsədilə kampaniyaların planlanması və icrası (mövcud qanunvericilik çərçivəsində);

·         Məhsul, kampaniya və satış performansının təhlili, nəticələrə əsaslanan təkliflərin hazırlanması;

·        Partnyorlarla (marketplace, texniki tərəfdaşlar və s.) əməkdaşlıq və proseslərə nəzarət

·         Sosial media və digər rəqəmsal kanallarda e-kommers fəaliyyətinin tibbi və etik qaydalara uyğunluğunun təmin edilməsi;

·        E-kommers fəaliyyəti üzrə mütəmadi hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

 İş şəraiti:

İş yeri: BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küç., 93);

5/7 iş qrafiki, iş vaxtı: 09:00 - 18:00;

Nahar şirkət tərəfindən təmin olunur;

Tibbi sığorta;

Peşəkar təlim və inkişaf imkanları;

Karyera yüksəlişi üçün şəffaf və dəstəkləyici iş mühiti;

Əmək haqqı müsahibə əsasında müəyyən olunur.

Qeyd olunan tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində “E-kommers üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.