"A+CO" ASC “Marketinq üzrə təcrübəçi ” vəzifəsi üzrə işçi axtarışı elan edilir. 

 

 Vəzifə öhdəlikləri:

• Məhsullara aid təqdimatların hazırlanması və sunumunu etmək

• Nəticələrin təhlili və hesabatları hazırlanmasında iştirak etmək

• Gündəlik satışların, anbar qalıqlarının çıxarılması və analizində iştirak etmək

• Bazar araşdırması, ərazidə rəqiblərin izlənməsində iştirak etmək

• Şöbələr arasında proseslərin koordinasiyasında iştirak etmək

• Layihələrin icrası ilə bağlı plan qrafikə əsasən işləri həyata keçirmək, nəzarət etmək

 

Tələblər: 

• Marketinq və ya iqtisadiyyat sahəsində ali təhsil

• Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili və İngilis dili arzuolunandır;

• Güclü araşdırma bacarığı və kreativ yanaşma 

• Analitik qabiliyyət, riyazi düşünmə bacarığı

• Microsoft Office proqramlarını baza səviyyəsində bilmək (Excell, PPT, Word)

• Komanda ilə işləmə bacarığı 

• Yaradıcı, yenilikçi, məsuliyyətli, araşdırma bacarığı.

• Marketinqə həvəsli, öyrənməyə meyilli, təşəbbüskar

 

İş şəraiti: 

• İş yeri: Xırdalan şəhəri;

• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək; 

• Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Marketinq üzrə təcrübəçi” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.